23 Mart 2019
22 Mart 2019
Azərbaycana bu dəfə qapıçı robot GƏTİRİLƏCƏK
Azərbaycana bu dəfə qapıçı robot GƏTİRİLƏCƏK CƏMİYYƏT 17:08 2018-11-08

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə ultra-modern texnologiya əsaslı dünyanın ən sürətli robot qapıçısı hesab olunan "Robokiper ölkəmizə gətiriləcək.

Unikal.org xəbər verir ki, "Robokiper cari ilin 4-7 dekabr tarixlərində baş tutacaq "Bakutel -2018 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransında təqdim olunacaq.

Alman alimlərinin ixtirası olan "Robokiper dünyanın ən sürətli qapıçısı hesab edilir. Hətta Messi, Neymar və Ronaldinyo kimi futbol ulduzları onun qoruduğu qapıya qol vura bilməyiblər.

Dünyada cəmi 10 nüsxədə mövcud olan "Robokiper dünyanın hər yerində böyük maraqla qarşılanır.

"Bakutel 2018 iştirakçıları "Robokiper-ə qol zərbəsi vurmaqda özlərini sınaya biləcəklər. Oyun iştirakçılarına vurduqları hər bir qola görə "Azercell şirkəti tərəfindən 10 AZN dəyərində danışıq kartı və digər hədiyyələr, "Aloff firması tərəfindən isə futbol topu təqdim ediləcək.

"Robokiperlə yarışmaq üçün əsl futbol oyununda olduğu kimi, topa yaxınlaşıb penalti vurmaq lazımdır. Top vuran şəxsin peşəkar idmançı, yaxud həvəskar olmasının isə heç bir fərqi yoxdur. Qeyd edək ki, "Bakutel 2018 sərgi-konfransının açılışına dəvət olunan Azərbaycan klublarının bir sıra tanınmış futbolçuları, o cümlədən futbol üzrəAzərbaycan milli komandasının və"Qarabağ klubunun baş məşqçisi Qurban Qurbanov "Robokiper-in qapısına qol vurmağa çalışacaq.