Ucar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, Qazıqumlax-Qaradağlı kəndləri istiqamətində hərəkətdə olan "VAZ-2106 markalı minik maşını velosipeddə olan rayon sakini Abdullayev Xalid Sədri oğlunu vuraraq ona ağır xəsarət yetirib. Nəticədə velosipedçi yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Goranboyda məktəblini avtomobil vurub.(report.az)