"Haqqın.az" portalının 29 may 2016-cı il tarixli "Dünya bankı Kəlbəcərdə yol tikintisinə tranş ayırdı" adlı yazısı Ermənistan mətbuatından götürülmüş xəbəri təhrif edilmiş formada təqdim edir. Bu kimi səthi "təhlillər" və Ermənistan KİV-nə xas təbliğat ilə yerli auditoriya çaşdırılır. Martuni-Vardenis-Sotk yol xətti Ermənistan ərazisində yerləşir və Dünya Bankının təxsis etdiyi tranş bu yolun 6.5-11.1 km-nin bərpasına ayrılıb".
Unikal.org xəbər verir ki, bunu XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev sözügedən portalda yayılan məlumatı şərh edərkən bildirib.  
H.Hacıyev daha sonra bildirib: "İndilərdə Xarici İşlər Nazirliyinin bununla bağlı bəyanatını təqdim edəcəyik" deyərək XİN adından danışmağa iddia etmək səlahiyyəti haqqın.az portalına verilməyib. Hər hansı rəsmi qurumun mövqeyini öyrənmədən onun adından danışmaq peşəkar jurnalistikadan kənardır və KİV haqqında Qanunun ciddi pozuntusudur.  
Fürsətdən istifadə edərək xüsusilə indiki həssas dövrdə bəzi mətbuat orqanlarını Ermənisan təbliğatının əlində alət olmaqdan ehtiyarlı olmağa çağırırıq".