13 Dekabr 2018
NATO-dan Türkiyə AÇIQLAMASI
HADİSƏ 21:08 2018-11-12
  • A

NATO-nun baş katibi Stoltenberq Avropanın təhlükəsizliyini Türkiyə kimi ölkələr olmadan təmin etmənin mümkün olmadığını söyləyib.

Unikal.org xəbər verir ki, Berlində Alman Atlantik Cəmiyyətində çıxış edən Stoltenberq Türkiyə kimi Avropa ölkələrindən olmayan ölkələrin Avropanın təhlükəsizliyində mühüm rol oynadığını qeyd edib.

Stoltenberq bildirib ki, Avropanın müdafiə imkanlarını yaxşılaşdırmaq üçün səylərini alqışlayır və həmin proses NATO-nun transatlantik münasibətləri möhkəmləndirən bir şəkildə həyata keçirildiyi təqdirdə NATO-nu gücləndirəcək.