13 Dekabr 2018
İki piyada vuruldu: 1 ölü, 1 yaralı
HADİSƏ 21:41
  • A

Bərdə rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Mirzalıbəyli kəndində qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı minik avtomobili yol kənarında dayanan iki nəfəri vurub. Hadisə zamanı piyadalardan biri ölüb, digəri isə ağır bədən xəsarətləri alaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.