Bir neçə gün əvvəl Nazim Süleymanovla yollarını ayıran "Sumqayıtın yeni baş məşqçisi məlum olub.

Unikal.org kluba istinadən xəbər verir ki, "kimyaçıların baş məşqçi postu Ayxan Abbasova tapşırılıb. Onunla 1,5 illik müqavilə imzalanıb.

Ayxan Abbasov futbolçu karyerası dövründə "Xəzri Buzovna", "Şəfa", MOİK, "Turan Tovuz" və "Qarabağ" kimi klubların şərəfini qoruyub. Məşqçilik karyerasına 2015-ci ildə "Zirə"nin əvəzedicilərində başlayan mütəxəssis 2016-cı ilin yanvarından əsas komandanın "sükanı arxasına" keçib. Onun rəhbərliyi altında adıçəkilən klub 2016/17 mövsümünü 4-cü pillədə tamamlayıb və Avropa Liqasına vəsiqə qazanıb (6 qələbə, 6 heç-heçə, 2 məğlubiyyət). Ayxan Abbasov 2017/2018 mövsümündə də "Zirə" ilə mövsümü 4-cü pillədə tamamlayıb (12 qələbə, 8 heç-heçə, 8 məğlubiyyət).

"Sumqayıt" hazırda Premyer Liqada 11 turdan sonra 11 xalla 6-cı pillədə qərarlaşıb.