13 Dekabr 2018
Kooperasiya Universiteti beynəlxalq əlaqələrini genişləndirir - FOTO
CƏMİYYƏT 15:54
  • A

Azərbaycan Kooperasiya Universiteti dünyanın bir çox universitetləri ilə əlaqələrini genişləndirir. 

Unikal.org xəbər verir ki, universitetdə beynəlxalq əlaqələr və əməkdaşlıq bir neçə istiqamət üzrə davam və inkişaf etdirilir. Bu istiqamətdə həyata keçiriləntədbirlərin davamı olaraq universitetin bir qrup əməkdaşı tədrisişləri üzrə prorektor Fikrət Quliyev,Keyfiyyətə nəzarət mərkəzinin müdiri Şəfa Abdullayeva və həmin mərkəzin mütəxəssisi Xəyalə Hüseynova EQAC layihəsinin növbəti təlimində iştirak etdilər. EQAC Erasmus Plus layihəsinin növbəti təlimi Litvanın Vilnus şəhərində təşkil edilib.

Təlimin ilk günündə Azərbaycanın tərəfdaş universitetləri Litvanın Keyfiyyətə nəzarət mərkəzində olmuş və mərkəzin direktoru və kordinatorları mərkəzin fəaliyyəti haqqında təqdimat keçiriblər. Eyni zamanda, nümayəndələrin Litvanın qabaqcıl ali təhsil müəssisələrindən biri olan Mykolas Komeris Universiteti ilə tanışlığı da baş tutub. 

Qeyd edək ki, layihənin təlimlərində universitetlər tərəfindən hazırlanmış hesabatlar xarici ekspertlərlə birgə müzakirə edilmiş və mərkəzin strukturunun formalaşması üçün görüləcək işlər barəsində fikir mübadiləsi aparılıb.