12 Dekabr 2018
Arif Qasımov problemlərin həllini nəzarətə götürdü - FOTOLAR
CƏMİYYƏT 19:50
  • A

Bu gün 70 â„–-li məktəb-liseydə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov tərəfindən B.Nuriyev küçəsi 1a, 3, 5, B.Çobanzadə küçəsi 59, 61, 71, 73 ünvanlarda yaşayan sakinlərlə növbəti səyyar qəbul-görüş keçirilib.

Unikal.org-un məlumatına görə, görüşdə Azərbaycan Prezident Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev, Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və rayon sakinləri iştirak ediblər.

Səyyar qəbulda vətəndaşlar istilik sisteminin yenidənqurulması, məhəllədəki xeyir-şər evinə su və işıq xətlərinin çəkilməsi və təmirinə köməklik göstərilməsi, məhəllədəki ağacların suvarılması üçün su kranlarının qoyulması, binaların girişlərinin təmiri və su navalçalarının dəyişdirilməsi və digər sosial məsələlərlə bağlı icra başçısı Arif Qasımova müraciət ediblər.

Sakinlər tərəfindən səsləndirilən problemlər dinlənilib, onlara müvafiq izahatlar verilib, qaldırılan məsələlərin həlli üçün rayon rəhbəri tərəfindən əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.

Sonda Tağı Tağıyev Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq mütəmadi olaraq yerlərdə səyyar qəbul və görüşlər keçirildiyini bildirib və belə görüşlərin təşkilində məqsədin əhalini narahat edən problemlərin yerindəcə öyrənilməsi və operativ həll edilməsi olduğunu diqqətə çatdırıb.