13 Dekabr 2018
Bu ölkəyə qarşı sanksiyalar ləğv edildi
DÜNYA 21:23 2018-11-14
  • A

Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası Eritreyaya qarşı sanksiyaları ləğv edib.

Unikal.org xarici mediaya istinadən xəbər verir ki, Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəsi Karen Pirsənin təqdim etdiyi qətnaməni yekdilliklə qəbul olunub.

O, səsvermənin nəticəsini Eritreyanın atdığı addımlar, Eritreya ilə Cibuti arsında sərhəddəki vəziyyətə dair dialoq sayəsində sülh və sabitliyə nail olunmasının təsdiqi kimi dəyərləndirib.

Xatırladaq ki, Eritreyaya qarşı 2009-cu ildən etibarən iqtisadi sanksiyalar, 2011-ci ildən də silah embarqosu tətbiq edilmişdi.