11 Dekabr 2018
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara müraciət ETDİ
SİYASƏT 2018-11-14 21:55:16
  • A

Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyi vətəndaşlara müraciət edib.

Unikal.org
xəbər verir ki, bu barədə məlumat diplomatik nümayəndəliyin "Facebook" səhifəsinə yerləşdirilib.

"Əziz həmvətənlər. Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyi vətəndaşları 14, 15, 16 noyabr 2018-ci il tarixlərində Küveytdə hava şəraitinin dəyişkən olması və güclü yağışların yağması səbəbi ilə ehtiyatlı olmağa çağırır və hər hansı çətinlik olduğu təqdirdə səfirlik əməkdaşları ilə əlaqə saxlamağı tövsiyə edir", - deyə müraciətdə bildirilir.

Bundan əvvəl Küveyt və Boliviya BMT TŞ-nin Qəzzada vəziyyətlə bağlı təcili iclasının çağırılmasını tələb edib.