10 Dekabr 2018
Ermənistanda hökümət binasının qarşısında aksiya keçirildi
DÜNYA 2018-11-15 14:00:33
  • A

Ermənistan hökumətinin binası qarşısında bir qrup gənc alim etiraz aksiyası keçirib.

Unikal.org  Ermənistan KİV-nə istinadən xəbər verir ki, "Biz də varıq şüarını qaldıran etirazçılar dövlət büdcəsindən elmə ayrılan vəsaitlərin azaldılmasından narazılıq ifadə ediblər. 

Bununla yanaşı, Üzvi Kimya İnstitutunun Elmi-Texniki Mərkəzi binasının başqa şəxsə verilməsinə cəhd göstərildiyi, bunun "pis nümunə ola biləcəyi vurğulanıb. Həmin elmi mərkəzin əməkdaşları noyabrın 8-də də İrəvanda etiraz aksiyasına toplaşmışdılar.

Etirazçılar bu gün öz təkliflərini yazılı surətdə Elm və Təhsil Nazirliyinə təqdim etmək niyyətindədirlər.