13 Dekabr 2018
Məşhur müğənni azərbaycanlı arvadına görə qızları döydü (VİDEO)
MƏDƏNİYYƏT-ŞOU 14:48 2018-11-15
  • A

Türkiyəli müğənni Yusuf Harputlu İstanbuldakı alış-veriş mərkəzindəki mağazaların birində dava salıb.

Unikal.org xəbər verir ki, Yusuf Harputlu azərbaycanlı həyat yoldaşı Berfin Harputlu ilə birlikdə ticarət mərkəzinə gedib.

AVM-dəki geyim mağazalarından birinə daxil olan Yusuf Harputlunun həyat yoldaşı orada bir şalvarı bəyənib.

İddiaya görə, Berfin Harputlunun bəyəndiyi şalvarın qara rəngi olmayıb. Müğənni satıcı xanımlardan sözügedən şalvarın qara rəngini tələb edib. Şalvarı tapa bilməyən qızlarla Yusuf Harputlu arasında mübahisə yaranıb.

O,"Siz mənim kim olduğumu bilirsinizmi? Mən Yusuf Harputluyam" deyrək mağazada işləyən Emine Y. və Kader Y adlı iki qadını döyüb. Yusuf Harputlu orada işləyənləri döydükdən sonra mağazanı dağıdıb. İşçilərin telefonunu da əlindən alaraq divara çırpıb. Hər iki qadın xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı polis istintaqa başlayıb.