22 Mart 2019
21 Mart 2019
Biləsuvarda qanunsuz ov edən 3 nəfər saxlanıldı
Biləsuvarda qanunsuz ov edən 3 nəfər saxlanıldı CƏMİYYƏT 16:50 2018-11-15

Polis orqanları tərəfindən qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə respublikanın şəhər və rayonlarında mütəmadi tədbirlər həyata keçirilir.

DİN mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, noyabrın 14-də Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində Aşağı Cürəli kəndi ərazisində qanunsuz ov edən kənd sakinləri Nemət Xanışov, Ramin Vahabov və onun qardaşı Sadiq saxlanılıblar.

Onlardan "TOZ, "İJ və "MR markalı 3 ədəd ov tüfəngi, 22 ədəd patron, 7 ədəd giliz və 5 ədəd ovlanmış quş götürülüb.

Araşdırma aparılır.