Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov meriyaya mətbuat katibi təyin edib.

Unikal.org-un əldə etdiyi məlumata görə, Eldar Əzizovun müvafiq əmri ilə İsrafil Kərimov Bakı Şəhər İcra Hakimiyyətinə mətbuat katibi vəzifəsinə gətirilib.

Qeyd edək ki, İsrafil Kərimov Səbail rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini işləyib.

Famil Fərhadoğlu