"Qəbələ futbol klubunun məşqçisi Teymur Musayevin vəfat etdiyi qəzanın görüntüləri yayılıb.

Unikal.org ARB TV-yə istinadən hadisə yerindən çəkilən videonu təqdim edir.

Xatırladaq ki, hadisə noyabrın 15-də saat 1 radələrində Qəbələdə "Toyota markalı minik avtomobilinin yol kənarındakı ağaca çırpılması nəticəsində baş verib. Nəticədə 44 yaşlı sərnişin Teymur Musayev hadisə yerində ölüb, 66 yaşlı sürücü Rafiq Məmmədov isə reanimasiyaya yerləşdirilib.