13 Dekabr 2018
Mazımçay postunda 21 mindən çox nəqliyyat vasitəsi keçib
CƏMİYYƏT 11:40 2018-11-17
  • A

Oktyabr ayında Mazımçay gömrük postunda 21 mindən çox nəqliyyat vasitəsi keçib.

Unikal.org xəbər verir ki, Dövlət Gömrük Komitəsinin Texnoloji innovasiyalar və statistika baş idarəsinin rəis müavini Azər Abasov postla tanışlıq zamanı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bir ayda Mazımçay gömrük postunun idxal və ixrac xəttindən ümumilikdə 21 min 153 nəqliyyat vasitəsi keçib. Onun sözlərinə görə, Mazımçay gömrük postunun digər sərhəd gömrük buraxılış məntəqələrindən fərqi minik avtomobilləri üçün idxal- ixrac xəttinin bir olmasıdır.