Xalq artisti Flora Kərimova "Zaurla Günaydın" verilişinə qonaq olub.

Unikal.org-un məlumatına görə, müğənni köməkçisi Yaqut xanımdan danışıb. O, Yaqutun ona qoyduğu qadağaları açıqlayıb:

"Mənə nə pul, nə də çörək verir. Şəhər, bağ evinin büdcəsini o, idarə edir. Axşam 6-dan sonra deyir çörək yemə". 

Xalq artisti qalmaqal yaradan vannadakı fotosundan da söz açıb:

"Həqiqətən də süd vannası idi. Haram görsənirdi? Orada paltarda idim. Altdan paltar geyinmişdim".