13 Dekabr 2018
Bakının bu rayonunda su olmayacaq - YENİLƏNİB
CƏMİYYƏT 19:01
  • A

Bu gün Bakının Xətai rayonunda içməli suyun verilməsi ilə bağlı yaranmış fasilə yaxın saatlarda aradan qaldırılacaq. Lakin sabah sözügedən ərazidə suyun verilişində yenidən məhdudiyyət yaranacaq.

BunuUnikal.org-a açıqlamasında "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

Onun sözlərinə görə, magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar aparılan təmir işləri bu gün axşam saatlarında müvəqqəti dayandırılacaq:

"Suyun verilməsi müvəqqəti bərpa ediləcək. Təmir işləri sabah davam etdiriləcək. Təmirlə bağlı sabah da qeyd olunan ərazidə suyun verilməsi məhdudlaşdırılacaq. Təmir işləri sabah yekunlaşacaq".

***14:25

Bu gün Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

"Azərsu ASC-dən Unikal.org-a verilən məlumata görə, məhdudiyyətlət magistral su kəmərində baş vermiş qəza ilə əlaqədardır.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu ASC abonentlərdən üzr istəyir.