"Portunun qolkiperi İker Kasilyas Portuqaliya mətbuatına açıqlama verib.

Unikal.org xəbər verir ki, 37 yaşlı qapıçı yenidən "Reala qayıda biləcəyini deyib:

"İspaniya millisi və ya "Realdan təklif gəlsə, əlbəttə, qəbul edərəm. Böyüdüyüm yeri unutmaram.

"Realdan ayrılmağım düzgün qərar idi. Bəlkə də, qalsaydım, hər şey daha başqa cür olardı.

1999-2015-ci illər aralığında "Realın şərəfini qoruyan Kasilyas, 2015-ci ildə "Portuya transfer edilib. Portuqaliya təmsilçisiylə mövsümün sonunadək müqaviləsi olan ispan qapıçı, cari mövsümdə 15 oyunda iştirak edib və 10 qol buraxıb.

Kasilyas 167 dəfə də İspaniya millisinin formasını geyinib.