Türkiyənin Tekirdağ bölgəsində maraqlı hadisə baş verib. Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, yol polisinin rəisi Mustafa Aydın qızı Gizem Aydına cərimə yazan əməkdaşı haqqında göstəri. verib. 

Belə ki, rəisin qızı sükan arxasında telefonla danışdığı üçün yol polisi tərəfindən saxlanılıb. Polis qızı sükan arxasına telefonla danışdığı üçün cərimələyib.

Hadisədən xəbər tutan rəsi qızına cərimə kəsən polis məmurunun mükafatlandırılması haqda xüsusi göstəriş verib.