13 Dekabr 2018
Onların zədələnməsi planlarımızı pozdu - Qurban Qurbanov
İDMAN 00:35 2018-11-18
  • A

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov UEFA Millətlər Liqasında qrup mərhələsinin V turu çərçivəsində doğma meydanda Farer adalarına qarşı keçirdikləri oyunu şərh edib. 

Unikal.org xəbər verir ki, o, 2:0 hesablı qələbədən sonra Q.Qurbanov jurnalistlərin suallarını cavablandırıb. 

- Futbolçularımı təbrik edirəm. Qələbə bizim üçün vacib idi. Azarkeşlərə də təşəkkür edirəm. Uzun müddət idi ki, öz meydanımızda qələbəmiz yox idi. İkinci hissə oyunun əvvəlində bir az oyuna nəzarət edə bilmədik. Sonra komanda olaraq oyunu ələ aldıq. Qarşıda vacib oyunumuz var. Qələbə üçün gedəcəyik.

- Kosovo matçında mütləq qələbə lazımdı. Bu konandaya mənfi təsir edə bilərmi?
- Belə halların futbolçularımın oyununa pis təsir edəcəyini düşünmürəm. Komanda olaraq daha da möhkəmlənməliyik.

- Bəzi futbolçular ilk dəfə idi millidə idi. Onlar necə təsir bağışladı?
- Mirabdulla Abbasov oynadı. Pis təsir bağışladığını deməzdin. Baxmayaraq ki, meydanda çox az oldu.

- Standart vəziyyətlərdən istifadədə problemlər var...
- Xeyli sayda küncdən zərbələrimiz oldu. Qol olmasa da, pis alınmadı. Bunun üzərində çox çalışmışdıq. Rəqibin futbolçularını nəzərə alsaq, yaxşı idi.

- Sarı vərəqə limitində olan futbolçuları oynadaraq, risk etmədizmi?
- Dəyişikliklər ola bilərdi. Kamran Ağayev və Pavel Paşayev zədələndi. Bu üzdən də planlarımız bir az dəyişdi.

- Bu heyət Kosovo üzərində qələbə qazanmaq üçün kifayət edəcəkmi?
- Rəqibin oyununu bilirik. Yenə təhlil edəcəyik. Hansı heyət uyğundusa, o komandayla meydana çıxacağıq. Kamran və Pavelin oynaması dəqiq deyil. Ola bilər 1-2 dəyişiklik olsun.

- Qrupdan çıxmaq məqsəddirmi?
- Həmişə çalışmışam ki, hansı turnir olur olsun, maksimumu edək. Qələbə üçün gedəcəyik. Alınmıyacaq deyə düşünmürəm. Oyundan sonra futbolçularla danışanda, tək düşüncəmizin qələbə olduğunu dedik, qələbə üçün hər şeyi etməliyik.

- Oyun günü Kosovoda 0 dərəcə tempratur olacaq. Buna hazırsızmı?
- Farer adalarında da hava şəraiti pis idi. Bizim üçün xoş olmayan hava idi. Hər bir havada, çalışırıq ki, buna uyğun oynayaq.

- İddialı olmağınızın xüsusi səbəbi varmı?
- Həmişə iddialı olmuşuq. Bəzi oyunlar var ki, daha çox iddialı olmaq lazımdı. Səfərə bu hisslərlə getmək istəyirəm.