Hindistanda "Qaya" siklonu 33 nəfərin həyatına son qoyub.

Bu barədə Unikal.org-a "Assosiated Press"ə istinadən xəbər verir.

Bildirilir ki, pis hava şəraiti Tamilnad ştatının 6 rayonuna zərər vurub. Bu ərazilərdə küləyin sürəti saatda 90 kilometrə çatır.

Təbii hadisənin tüğyan etdiyi ərazidən 82 minə yaxın sakin köçürülüb. Siklonun olduğu ərazilərə həmçinin iki gəmi və vertolyot göndərilib.