12 Dekabr 2018
Deputat məktəbliləri yola saldı - FOTO
CƏMİYYƏT 16:15
  • A

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyəsi ilə keçirilən "Ölkəmizi tanıyaq maarifləndirici tur-aksiyanın iştirakçıları ilə rayon İcra Hakimiyyəti aparatının akt zalında keçirilən görüşdə rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, məktəb direktorları, valideynlər, veteranlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi.

Unikal.org xəbər verir ki, tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov tur-aksiya barədə geniş məlumat verdi. O daha sonra çıxış edərək qeyd etdi ki, dövlətimizin başçısı cənab İlham Əliyevin tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə son 5 ildə ümumtəhsil məktəblərinin 9-11-ci siniflərində oxuyan əlaçı və ictimai fəallığı ilə seçilən şagirdləri üçün "Ölkəmizi tanıyaq devizi altında Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyalar təşkil olunur. Qeyd olundu ki, bu tur-aksiyada ağdaşlı şagirdlər ümummilli lider Heydər Əliyevin qurub yaratdığı müstəqil Azərbaycanın tarixi nailiyyələri ilə yaxından tanış olacaq, səfər etdikləri regionların sosial-iqtisadi inkişafı və gündən-günə abadlaşan şəhər və rayonların müasirləşən siması ilə yaxından tanış olacaqlar.

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov çıxış edərək qeyd etdi ki, ölkəmizdə siyasi sabitliyin qorunub saxlanılması Azərbaycanın dünyəvi, tolerant, multikultural dövlət olması istiqamətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva bütün fəaliyyət istiqamətləri üzrə ardıcıl tədbirlər həyata keçirirlər. Bu sahədə təhsil sferası mühüm əhəmiyyət kəsb edir. Son illər rayonda təhsil infrastrukturunun müasirləşməsi, şagird nailiyyətlərinin ilbəil artması bunun əyani sübutudur.

"Ölkəmizi tanıyaq maarifləndirici tur-aksiyanın Ağdaş rayonundan olan 9-11-ci sinif şagirdləri və onları müşayiət edən şəxslərin Ağdaşdan Qəbələ-Şəki-Zaqatala rayonlarına yolasalınma mərasimi isə Heydər Əliyev Mərkəzinin qarşısında keçirildi. Tur-aksiya iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla andılar. Bədii proqramla müşayiət olunan kompozisiya təqdim olundu. Xatirə şəkli çəkdirildikdən sonra məktəblilər dövlət yol polisinin müşayiəti ilə xüsusi avtobusla şimal-qərb bölgəsinə yola düşdülər.