İsveç Akademiyası Nobel Fondu ilə birlikdə ədəbiyyat üzrə yeni Nobel Komitəsi yaratmağı qərara alıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə qurumun Mətbuat xidmətindən məlumat veriblər.

Qeyd edək ki, builki Nobel həftəsinin özəlliyi ədəbiyyat üzrə mükafatın qalibinin adının açıqlanmaması olub, qalib, çox güman ki, 2019-cu ildə məlum olacaq. Mükafatı verən İsveç Akademiyası may ayında üzvlərinin sayının azalması və dünyada ona olan etibarın zəifləməsi fonundatəltifetmənin təxirə salınmasınadair qərar qəbul edib.

Qaydalara əsasən, Akademiyaya yeni üzvlərin qəbulu üçün 12 nəfərlik kvorum tələb olunur, lakin qalmaqaldan sonra orada11ədib qalıb. Natamam sayda səslə laureatın seçilməsi isə mübahisəli ola bilərdi və Nobel Fondu da bu barədə açıqlama verib.