Amerikalı Jozefina Kokreyn adi bir qadın olub.

Unikal.org ölkə.az-a istinadənxəbər verir ki, Kokreyn evində qonaqlıqlar verir, qonaqlıqdan sonra isə qabları xidmətçisi yuyurdu. Amma xidmətçi tez-tez boşqabları sındırırdı. Bu səbəbdən Jozefina qabyuyan maşını icad etdi.

XIX əsrdə amerikalı qadınların bir çoxu qab yumaqdan bezmişdi. Onlar bu işin onlara aid olmadığını düşünürdülər. Qadınlar qab yumaqdansa, sosial fəaliyyətlərə qoşulmaq istəyirlər. Bu səbəbdən də xidmətçiləri çirkli qabları yumaqla məşğul olurdu. Amma qadınların əksəriyyəti çox sevdikləri yemək servisinin xidmətçiləri tərəfindən sındırıldığından şikayət edirdilər. Bir çox qadın qabyuyan maşın üzərində düşünürdü. Amma ilk patent 1885-ci ildə Kokreyn tərəfindən alındı.

Kokreyn rəqiblərindən bir addım öndə idi. Çünki buxarlı gəmini icad edən Con Fitçin soyundan gəlirdi. Jozefina hər zaman daha yaxşı həyat arzulayırdı. Bu üzdən isə adını dəyişib "Cochran" yazdırdı. Qabyuyan maşın istehsal edib patentini alanda isə artıq adı "Josephine G.Cochran" olaraq tarixə keçdi.

Maşının iş sistemi çox bəsit idi. Alt hissədə iki silindir, sovrulan su və sabun var idi. Silindir suyu maşının içindəki rəflərə düzülmüş qablara vururdu. Sonra isə əmici silindirlər bu suyu geri çəkirdi. Maşın yan tərəfindəki qol vasitəsilə idarə edilirdi.

İş yerlərində isə buxar gücündən istifadə edilirdi. Bir sərgidə jurnalistlər tərəfindən Kokreynin maşını tanıdıldı və daha çox satılmağa başladı.