Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhərinin Yasamal rayonunda ağır çəkili 1 nəfərin mənzildən çıxarılaraq təcili yardım briqadasına təhvil verilməsi barədə müraciət daxil olub.

Unikal.org-un FHN-ə istinadən xəbər verir ki, xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşa müvafiq köməklik göstərilib.

Əməliyyat başa çatıb.