Gəncə şəhərində partlayış baş verən binanın sakinləri köçürüləcək.

Unikal.org xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev məlumat verib.

E.Mirzəyev bildirib ki, sakinlər üçün yeni bina tikilərək təhvil veriləcək: "Hazırda axtarış və təmizləmə işləri davam etdirilir. Binanın bir blokunda yerləşən dörd mənzil tamamilə dağılıb. Dördüncü və üçüncü mərtəbələrdə yaşayış olmayıb. Partlayış birinci mərtəbədə baş verib. Hadisə zamanı 3 nəfər ölüb, 1-i yaralıdır. Hazırda tədqiqatçılar və mütəxəssislər partlayışın baş verdiyi ərazidə araşdırma aparırlar. Hadisənin dəqiq səbəbləri araşdırılır. Araşdırmanın nəticələri barədə məlumat veriləcək".