12 Dekabr 2018
Azərbaycana gələn əcnəbinin bağırsağından görün nə çıxdı
HADİSƏ 14:26
  • A

Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin Astara gömrük postunda İran İslam Respublikasından gələn bu ölkənin vətəndaşı Khajouy Eskandiani Farzandeh Mohammad Sadeghi saxlanılıb.

Unikal.org Gömrük Komitəsinə istinadən xəbər verir ki, sorğu-sual zamanı vətəndaş üzərində və əl yükündə gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib.

Yoxlama zamanı onun üzərində qanunla qadağan edilmiş predmet aşkarlanmasa da, daxili orqanlarının rentgen müayinəsi zamanı İran vətəndaşının düz bağırsağında 7 ədəd ayrı-ayrı sellofan bükümlərdə, ümumi çəkisi 190 qram olan açıq qəhvəyi rəngli narkotik vasitə - heroin aşkarlanıb.

Faktla bağla araşdırma aparılır.