12 Dekabr 2018
ADU-da Kamança pyesi səhnələşdirildi - FOTOLAR
CƏMİYYƏT 15:48
  • A

Bu gün Azərbaycan Dillər Universitetində (ADU) görkəmli yazıçı, dramaturq Cəlil Məmmədquluzadənin "Kamança pyesi səhnələşdirilib. 

Unikal.org xəbər verir ki, Səadət Nəbiyevanın rejissorluğu ilə baş tutan tamaşa universitetin tələbələri tərəfindən ingilis dilində təqdim olunub.

ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla çıxış edərək pyesin universitetin Tərcümə və mədəniyyətşünaslıq, Filologiya və jurnalistika fakültələrinin təşəbbüsü əsasında səhnələşdirildiyini bildirib. O, əlavə edib ki, tələbələrin belə bir əsəri hazırlaması onların potensialının yüksək səviyyədə olmasının göstəricisidir. Daha sonra rektor səhnələşdirilən əsər barədə danışıb: "Kamança pyesi xalqımızın tolerantlığını və multikultural mahiyyətini üzə çıxaran bir əsərdir. Bu əsərdə xalqımızın dəyanətli və rəhmli olması dünyaya nümayiş olunur. Rektor sonra tamaşanın ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

Tamaşa başa çatdıqdan sonra universitetin tələbələri Azərbaycanın multikulturalizm modeli haqqında müxtəlif dillərdə çıxış ediblər, eyni zamanda ölkə prezidenti İlham Əliyevin multikulturalizmlə bağlı nitqi nümayiş olunub.