11 Dekabr 2018
Qəbələdə zəhərləndiyi bildirilən şagirdlər əslində... - Agentlikdən AÇIQLAMA
CƏMİYYƏT 2018-11-20 16:51:42
  • A

"İlkin araşdırmalara əsasən, "Ölkəmizi tanıyaq tur-aksiyası çərçivəsində Şəkiyə səfər edən məktəblilərin özlərini pis hiss etməsi hadisəsi qida zəhərlənməsindən baş verməyib. Çünki 240 nəfər müəllim və şagird heyətindən cəmi 5 nəfərin səhhətində problem yaranıb".

Bu barədə Unikal.org-un sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib.

Agentlikdən qeyd olunub ki, hadisənin soyuqdəymə, allergik və digər səbəblərdən baş vermə ehtimalı mövcuddur.

Bildirilib ki, hadisənin səbəblərinin konkret şəkildə aydınlaşdırılması üçün əraziyə ezam olunan agentliyin mütəxəssisləri laborator müayinələr üçün nümunələr götürüb və müvafiq laboratoriyaya təqdim olunub: "Aparılan laborator müayinələrin nəticələri ilə bağlı yekun məlumat ictimaiyyətə təqdim olunacaq".