13 Dekabr 2018
Mingəçevirdə üç uşaq anası itkin düşüb - FOTO
CƏMİYYƏT 18:17
  • A

Mingəçevirdə üç uşaq anası Eyvazova Gülay Teyyub qızı itkin düşüb.

Unikal.org-un oxu.az-a istinadən məlumatına görə, Göyçay rayon, Müskürlü kənd sakini, 1990-cı il təvəllüdlü G.Eyvazova ötən gecə saatlarında yaşadığı Mingəçevir şəhər, H.Əliyev küçəsi 35, mənzil 12 ünvanından çıxıb və bir daha geri qayıtmayıb. Bu barədə onun həyat yoldaşı, Göyçay rayon sakini, 1989-cu il təvəllüdlü Eyvazov Sahil Ağalar oğlu məlumat verib.

S. Eyvazovun sözlərinə görə, xanımın psixoloji problemləri olduğundan bundan əvvəl də bir neçə dəfə xəbərsiz evdən çıxıb gedib.

Ailənin üç övladı var.

Faktla bağlı Mingəçevir RPİ-nə müraciət edilib. Araşdırma aparılır.