13 Dekabr 2018
Döyülən məktəb direktorunun xəstəxanadan fotoları YAYILDI
HADİSƏ 22:28
  • A

Xəbər verdiyimiz kimi, "Dolufilminin məşhur aktyoru, "Drakonobrazını canlandıran Rza Rzayev qalmaqal yaşadığı 175 nömrəli tam orta məktəbin direktoru Tural Mirzəliyevi döyüb.

Hadisə Nizami Rayon Məhkəməsinin qarşısında baş verib.

Döyülən məktəb direktoru ağır bədən xəsarətləri alaraq Sabunçu rayon 3 saylı xəstəxanaya yerləşdirilib.

Direktor Tural Mirzəliyev Unikal.org-a açıqlamasında bildirib ki,hazırda xəstəxanada müalicə alır: "Mənə endirilən zərbələr nəticəsində alnım partlayıb. Kəllə-beyin travması almışam.

Xatırladaq ki, bir neçə ay əvvəl qohumunun işdən çıxarılmasına etiraz edən Rza Rzayev direktora bu qərarını dəyişməsi üçün məktəbə gedərək direktorla mübahisə etmişdi.

Hadisə 220 nömrəli məktəb-liseydə baş vermişdi. Belə ki, təhsil müəssisəsinin direktor müavini Zeynəb Rzayeva 29.01.2018-ci il tarixində direktor Tural Mirzəliyev tərəfindən dəvət edilərək, ona təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin vəzifə səlahiyyətlərinin bölgüsündə II yarımildən etibarən dəyişiklik ediləcəyi bildirilib.Amma Zeynəb Rzayeva bu qərara etiraz edib. Daha sonra özünü Zeynəb Rzayevanın qardaşı kimi təqdim edən Rza Rzayev direktorun yanına gələrək məsələni "həll eləməyəçalışıb. Amma ortaya xoşagəlməz mənzərə çıxmışdı. "Drakonməktəb direktorunun ünvanına nalayiq ifadələr səsləndirmişdi.

Bütün bu olanlar direktorun xidməti otağında açıq şəkildə quraşdırılmış video kameradan görüntülənmişdi.Bu qalmaqal məhkəmə müstəvisinə çıxmış və tərəflər bir-birindən şikayətçi olmuşdular.