Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Kia Rio markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.

DGK-dən Unikal.org-a verilən məlumatya görə, sorğu-sual zamanı vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib.

Lakin yoxlama nəticəsində, nəqliyyat vasitəsinin yük yerindəki qara rəngli polietilen paketlərdən, 4 ədəd plastik qabda, ümumi çəkisi 2120 qram olan qara rəngli dənəvari balıq kürüsü, 2000 ədəd "Parliament Heets və 200 ədəd "Parliament Compact markalı siqaretlər, 2 ədəd "Samsung Galaxy S9 markalı mobil telefonlar aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.