Azərbaycanın müdafiə naziri, Türkiyə və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəislərinin Bakıda keçirilən 3-cü üçtərəfli görüşü başa çatıb.

Unikal.org xəbər verir ki, əvvəlcə açıq keçirilən, daha sonra qapalı formada davam etdirilən müzakirələrin sonunda protokol imzalanıb.

Sənədi Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vladimer Çaçibaia imzalayıblar.