13 Dekabr 2018
Göyçayda ağır QƏZA - 5 nəfər xəsarət aldı - FOTO
HADİSƏ 17:30 2018-11-21
  • A

Göyçay rayonunda ağır yol-nqəliyyat hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Göyçay-Ucar yolunun 8-ci kilometrliyində,rayonun Mallışıxlı kəndi ərazisində baş verib.

Beləki,Göyçay rayon sakinləri Məğrur Piriyevin idarə etdiyi "Hyndai" və Asif İsmayılovun idarə etdiyi "Opel" markalı avtomobillər toqquşub. Zərbənin gücündən hər iki avtomobil idarəetmədən çıxaraq yolunkənarındakı su kanalına aşıb.

Nəticədə hər iki avtomobilin sürcüsü və avtomobillərdə olan 3 nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Göyçay Rayon Mərkəzi Xəstəxansına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.