Prodüser Tarix Əliyev (Tolik) verilişində ilk dəfə həmkarı Təranə Səmədovanın həbsdə olması haqda danışıb.

Unikal.org xəbər verir ki, O açıqlamasında Təranənin qızı Suelə anasına görə yazığı gəldiyini deyib:

"Heç vaxt Təranə haqda danışmamışam, danışmayacam da. Təranəyə acımıram, qətiyyən. Amma onun qızına. Balaca qıza məktəbdə deyirlər, ananı tutublar. Mağazaya gedəndə deyirlər, filankəsin qızıdır. Bu ona ölümdür. Bizim etdiklərimizə görə, uşaqlarımız, valideynlərimiz qınanılmamalıdır. Mənə görə atama da nələr yazırlar".