Müğənni Səidə Sultan şəxsi həyatından söz açıb.

Unikal.org axşam.az-a istinadən xəbər verir ki, rəqqasə Renka Ağamuradovanın "Qadınlar nə istəyir?" verilişinə qonaq olan ifaçı 6 illik sevgilisindən danışıb.

O, bu illər ərzində sevdiyi şəxslə dəfələrlə dalaşıb barışdığını, hətta münasibətlərinə son vermək istədiyi də bildirib:

"Sevilirəm də, sevirəm də. Əvvəllər hesab edirdim ki, yaşadığım münasibətlər sevgi deyil. Sonra Allah qarşıma elə bir şey çıxartdı ki, mən sevgiyə inanmağa başladım. Əvvəllər sevgiyə dırnaq arası baxırdımsa, indi əminliklə deyə bilərəm ki, sevgi var. Artıq 6 ildir ki, birlikdəyik. Dalaşmışıq da, qırışmışıq da, barışmışıq da, bəzən demişəm "Vəssalam, bitdi". Amma 6 ildirsə, demək burada nəsə var".