Bakıda marketin seyfindən 2300 manat oğurlanıb.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, Yasamal rayon Polis idarəsinin 29-cu polis şöbəsi və rayon Mühafizə idarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 25-nə keçən gecə H.Zərdabi küçəsindəki marketlərin birində seyfdən 2300 manatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Nikolay Ştonda saxlanılıb.