Kerç boğazında yaşanan gərginlikdən hiddətlənən bir qrup ukraynalı fəal Rusiyanın Xarkov şəhərindəki Konsulluğuna hücum edib.

Unikal.org xəbər verir ki, ukraynalı millətçilər qarşısında əvvəlcə konsullu binası qarşısında etiraz aksiyası təşkil ediblər. Daha sonra məşəllərlə konsulluq binasına hücum ediblər. Rusiya əleyhinə şüarlar səsləndirən etirazçılar əllərindəki məşəlləri konsulluğun binasına atıblar.

Qeyd edək ki, bundan öncə də Rusiyanın Kiyev və Lvov Konsulluğuna hücum edilib.