Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Unikal.org-a verilən məlumata görə, noyabrın 24-də saat 8 radələrində Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisində rayon sakini Cümşüd Qurbanov idarə etdiyi "VAZ-2106 markalı avtomobillə yolu keçən Heydər Allahverdiyevi vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Goranboy RPŞ tərəfindən araşdırma aparılır.