Türkiyənin səfiri "Dostluq ordeni" aldı
Türkiyənin səfiri "Dostluq ordeni" aldı
Prezident İlham Əliyev Maksim Verhagen, Çoi Suk-İni və Corc Fridmanı qəbul edib

Prezident İlham Əliyev Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hülusi Kılıçın "Dostluq ordeni" ilə təltif olunması haqqında sərəncam imzalayıb.
Dünən səfiri qəbul edən Azərbaycan prezidenti "Dostluq ordeni"ni ona təqdim edib.
Qeyd edək ki, artıq səfir kimi səlahiyyətləri bitmiş H. Kılıç sentyabrın 15-də Türkiyəyə dönəcək.
Bildirək ki, Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 13-də Niderland Krallığının baş nazirinin müavini və iqtisadi işlər, kənd təsərrüfatı və innovasiya naziri Maksim Verhagenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Bu gün ölkə başçısı həmçinin Koreya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Çoi Suk-İnin etimadnaməsini qəbul edib. Səfir etimadnaməsini prezident İlham Əliyevə təqdim edib.
Prezident İlham Əliyev dünən həmçinin ABŞ-da fəaliyyət göstərən "Stratfor" analitik mərkəzinin təsisçisi və icraçı direktoru Corc Fridmanın başçılıq etdiyi nümayəndə heyətini də qəbul edib. Görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlər, "Stratfor" analitik mərkəzi ilə ölkəmizin müxtəlif analitik mərkəzləri arasında əməkdaşlığa dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.