"Rusiya Tələbə Gəncliyinin Gözəlliyi-2018 yarışmasının qalibi bəlli olub.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Alina Zareynik Rusiyaya bağlı olan Tataristan Respublikasının paytaxtı Kazanda 2018-ci ilin ən gözəl tələbəsi seçilib.

O Penza Dövlət Universitetinin tələbəsidir.

İkinci gözəl isə Ulyanovsk Pedaqoji Universitetində təhsil alan Yekaterina Kolosovskaya seçilib. Müsabiqənin final mərhələsinə qədər qalmağı bacaran 12 tələbə qız xoreoqrafiya, vokal və bədii tamaşalar nümayiş etdirdi.