"Kurtlar Vadisi, "Ruhsar, "Ağır Roman kimi filmlərdə rol alan aktyor Levent Erim həyat yoldaşı Ayşe Fezadan boşanır.

Unikal.org Türkiyə mətbbuatına istinadən xəbər verir ki, ikili yolda gedə bilmədikləri üçün ayrılır. Aktyor açıqlamasında xanımı ilə bir-birindən təzminat tələb etmədiklərini deyib.
Xəbərə görə, Leventin vəkili ərizədə bu sözləri yazıb:

"Tərəflərin evliliyi davam etdirəcək səbəbi qalmayıb. Yolda gedə bilmədikləri üçün boşanmaq zəruri hala gəlib.

Qeyd edək ki, cütlük 11 il əvvəl ailə qurub.