Sumqayıt şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Unikal.org-a verilən məlumata görə, noyabrın 27-də saat 21 radələrində Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində şəhər sakini Vidadi Quliyev idarə etdiyi "VAZ-21014 markalı avtomobillə yolu keçən 55-60 yaşlı kişini vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada ölüb.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.