Dünya şöhrətli Holivud ulduzu Ancelina Coli bundan sonra övladlarını keçmiş əri Bred Pittdən gizlədə bilməyəcək.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, cütlüyün birgə nigahdan dünyaya gələn rəsmi və qeyri rəsmi 6 övladı ilə bağlı məhkəmə qərar qəbul edib. Məhkəmənin qərarı ilə bundan sonra cütlük uşaqlarla bağlı bütün qərarı birlikdə verməli və Pitt isə övladları ilə istənilən vaxt görüşə bilər. Əks halda məhkəmə uşaqlarla bağlı daha valideyinlərin xeyrinə olmayan qərar verəcək. Artıq məsələ ilə bağlı Colinin vəkili məhkəmənin qərarını təsdiqləyib. 

Qeyd edək ki, Coli və Pittin 6 övladı var. Cütlük 2016-cı ildə ayrılıb və məhkəməyə müraciət edib.