Argentinanda keçirilən "Böyük İyirmilik ölkələri liderlərinin sammitində ABŞ prezidenti Donald Trampın etdiyi hərəkət dünya mətbuatının manşetinə çevrilib.

Unikal.org-un xarici mətbuata istinadən verdiyi məlumata görə, əvvələr də bənzər fəaliyyət və zirvələrdə diplomatik skandallara səbəb olan Tramp bu dəfə kollektiv foto çəkdirmək üçün dünya liderlərini gözləyən zaman Argentina prezidenti Maurisio Makri də çaşqınlıq yaradıb. Platformada Makriylə qucaqlaşan və kameralara poz verən ABŞ prezidenti digər liderləri gözləmədən səhnəni iti addımlarla tərk edib. Son anda bunu hiss edən Makri Trampın arxasınca səslənsə də istəyinə nail ola bilməyib. Argentina rəsmilərindən biri Trampın arxasınca gedərək onun səhnəyə qayıtmalı olduğunu deyib və bundan sonra ABŞ lideri platformada yerini tutub.
Bildirilir ki, bu zaman Trampın mikrofonu açıq qalıb və o "Məni buradan çıxarın, getmək istəyirəm" deyə xitab edib.