Xalq artisti Nazpəri Dostəliyeva "Zaurla Günaydın" verilişinin qonağı olub.

Unikal.org-un məlumatına görə, müğənni qalmaqal yaşadığı əməkdar artist Elza Seyidcahan haqda danışıb. O, Elzanın "Sən mənim tələbəm olmusan" sözlərini ələ salıb:

"Müəlliməmi təqdim edəcəm. Mənim böyük sənətkar müəlliməm olub xəbəriniz var? Bilməmişəm, müəlliməm yeni peydaoldu. Gördüm ki, bir nəfər həmkarlarına hörmətsizlik edir. Dedim, gəlin bir-birimizə hörmət edək. Biz musiqiyə irad bildirməliyik. Bu isə uşaqları təhqir edir. Ancaq "mən belə, mən elə" deyir. Susub otururam, bu danışır.

Hamımız həmkarıq, olmaz. Birdən-birə eşitdim ki, Elza Seyidcahan desin ki, tələbəm olmusan. Mən "Əməkdar artist" adını alanda Elza qorxa-qorxa evimə gəlib deyirdi ki, mahnımı oxu, tanınım".

Qeyd edək ki, Nazpəri ilə Elza arasında qalmaqal "Azərbaycanın səsi" yarışmasında yaşanıb. Elza Nazpəriyə onun tələbələrinin adını deməməsinə əsəbiləşib. Söz-savaşına çıxan ifaçılar arasında gərgin anlar yaşanıb. Nazpəri küsərək efiri tərk edib.