Gəncə Dövlət Filarmoniyasında keçirilən konsertdə baş konsul canlı mahnı ifa edib.

Unikal.org-un report-a istinadən məlumatına görə, dekabrın 1-də Türkiyənin tanınmış müğənnisi Petək Dinçöz Gəncə Dövlət Filarmoniyasında konsert verib. Konsertə gələn qonaqlar arasında olan Türkiyənin Gəncədəki baş konsulu Zəki Öztürk səhnəyə çıxıb. O, mahnı ifa edib.

Konsulun ifası tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.