"Realın sabiq baş məşqçisi Zinəddin Zidanın oğlu Enzo Zidan atasının yenidən məşqçilik edəcəyini açıqlayıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, İspaniya Sequndasında - "Rayo Majadohado klubunda forma geyinən Enzo açıqlamasında bunları deyib:

"Atam futbolu çox sevir. Yaxın zamanlarda da yenidən məşqçiliyə qayıdacaq, ancaq hələ istirahət edir.

"Realda məşqçilik etmək onun üçün çox gözəl idi. Həm də orda yaxşı işlər görüb.

Zinəddin Zidan 2016-2018-ci illər aralığında "Realın "sükanı arxasında olub. Fransalı mütəxəssisin rəhbərliyi altında Madrid təmsilçisi 3 dəfə Çempionlar Liqasını, 1 dəfə La Liqanı, 1 dəfə İspaniya superkubokunu, 2 dəfə Avropa superkubokunu, 2 dəfə isə isə Klublararası dünya çempionatını qazanıb.