"Liverpul" İngiltərə Premyer Liqasının 14-cü turunda evdə "Everton"u məğlub edib - 1:0.

Unikal.org goal.az-a istinadən xəbər verir ki, qələbə qolunu matçın 96-cı dəqiqəsində Divoka Oriqi vurub.

Qoldan sonra emosiyalarını qoruya bilməyən baş məşqçi Yurqen Klopp meydana qaçaraq qapıçı Alison Bekeri qucaqlayıb.

"96-cı dəqiqədə qələbə qazanmaq bilirsiniz nə deməkdir? Özümü saxlaya bilmədim. Karyeramda ilk dəfədir ki, bu cür hərəkət edirəm. Davranışıma görə hamıdan üzr istəyirəm", - Klopp deyib.